Ana Səhifə / Sual-Cavab

Sual-Cavab

Pasientlərin ən çox verdiyi suallara cavablar

Manual terapiya ağrılı prosedurdur?
Manual terapiya ağrısız prosedurdur. Əksinə, ağrı olan nahiyələrə tətbiq edilərək ağrıları müəyyən qədər azaltmağa kömək edir. Düzgün icra edildikdə heç də təhlükəli deyil. Müalicə fərdi yanaşma ilə, yalnız mütəxəssis tərəfindən həyata keçirilir.
Əl ilə müdaxilədən sonra ağrıların artması normaldır?
Manual terapiyadan sonra qısa müddətli yüngül ağrı hiss oluna bilər. Bu, toxumaların müdaxiləyə cavab reaksiyasıdır və normaldır. Adətən 24-48 saat ərzində keçir. Şiddətli və ya uzun sürən ağrı olarsa mütəxəssisinizə müraciət edin.
Disk yırtığı əməliyyatsız müalicə oluna bilər?
Disk yırtığının bulging, protruziya və bəzi ekstruziya mərhələlərində konservativ müalicə ilə nəticə almaq mümkündür. 10-15 günlük müalicə proqramı ilə ağrıların azaldılması, protruziyanın ölçüsünün kiçildilməsi və hərəkət məhdudiyyətinin aradan qaldırılması əldə edilir.
Skolioz müalicəsi neçə gün davam edir?
Skolioz müalicəsi adətən 10-15 günlük proqram şəklində tətbiq olunur. Bu müddət ərzində onurğanın əyriliyinin azaldılması, skapulalar arası asimmetriyanın aradan qaldırılması və duruş pozğunluğunun korreksiyası həyata keçirilir. Nəticə vizual olaraq göstərilir.
İnsult sonrası reabilitasiya nə vaxt başlamalıdır?
İnsult sonrası reabilitasiyaya mümkün qədər tez başlamaq vacibdir. Erkən və düzgün müdaxilə funksional nəticəni ciddi artırır. Əzələ zəifliyi geri dönməz deyil. Düzgün planlaşdırılmış reabilitasiya ilə əzələ gücü mərhələli şəkildə bərpa olunur. Evdə xidmət göstəririk.
Müayinə ödənişlidirmi?
İlkin müayinə ödənişsizdir. Müayinə zamanı pasientin vəziyyəti ətraflı qiymətləndirilir, ağrının səbəbi müəyyən edilir və fərdi müalicə-reabilitasiya planı hazırlanır. Qeydiyyat üçün: 055 421 74 42.
Evdə reabilitasiya xidməti göstərirsiniz?
İnsult, MS, Parkinson, serebral iflic və digər nevroloji problemlər üçün ev şəraitində reabilitasiya xidməti göstəririk. Vaxt itirmədən bizimlə əlaqə saxlayın.
Fizioterapiya haqqında yanlış bilinən nələrdir?
Ən çox yayılmış yanlış düşüncələr: "fizioterapiya yalnız ağrı zamanı lazımdır", "manual terapiya təhlükəlidir", "disk yırtığı yalnız əməliyyatla müalicə olunur". Bunların hamısı yanlışdır. Fizioterapiya profilaktik məqsədlə də tətbiq edilir, manual terapiya düzgün icra edildikdə təhlükəsizdir, disk yırtığının bir çox mərhələsi konservativ müalicə ilə aradan qaldırılır.