Fizioterapiya və reabilitasiya sahəsində ixtisaslaşmış mütəxəssisəm. Biosis Tibb Mərkəzində fəaliyyət göstərirəm. Onurğa və oynaq sistemi ilə bağlı yaranan ağrıların erkən diaqnostikası və düzgün reabilitasiya yanaşması əsas prioritetimdir.
Hər pasientə fərdi yanaşma ilə müalicə planı hazırlayıram. Müayinə zamanı pasientin vəziyyəti ətraflı qiymətləndirilir, ağrının səbəbi müəyyən edilir. Sözlə deyil, vizual olaraq nəticəni təqdim edirəm. Düzgün diaqnoz, düzgün nəticə deməkdir.
Manual terapiya, EMS terapiyası, Graston texnikası, zərbə-dalğa terapiyası, lazer terapiya, Schroth terapiyası, FED metodu, toxuma mobilizasiyası, iglaterapiya, vibro gun terapiyası kimi müasir müalicə metodlarını tətbiq edirəm.
İnsult, MS, Parkinson, serebral iflic kimi nevroloji problemlər üçün evdə reabilitasiya xidməti göstərirəm. Hər bir insanın ağrısının arxasında bir səbəb var. Biz səbəbi tapıb, uyğun müalicə planı qururuq.